Əyləncə və şou proqram

Pen and ball əyləncə mərkəzində təşkil olunan şou proqramlar aparıcı, teatr və kino aktyoru Mehman Piriyevin təqdimatında baş tutur. İnteraktiv oyunlar, əyləncəli yarışmalar keçiririlir. Bunlarla yanaşl uşaqların sevdiyi personajlar da hər proqramda dəvət olunur. Əksər hallarda həftə sonları ,  bayram tətillərində,  məktəblilərin payız və yaz tətillərində şou proqramlar daha geniş şəkildə təşkil edilir. Masterklaslarımız da istər uşaqlar istərsə də valideynlər tərəfindən çox sevilir. Rəsm və rəngləmə masterklası sevilən proqramlar sırasındadır. Teatr tamaşalarına da maraq çox böyükdür. Bunların hər biri əyləncə mərkəzində yüksək səviyyədə təşkil edilir.  Həmçinin şou proqramlar daxilində uşaqlarla maraqlı söhbətlər də aparılır. Onların şeir demək, mahnı oxumaq, rəqs etmək bacarıqlarını da üzə çıxarırıq. Aparıcımız proqramlar zamanı balaca dostlarımızın nitqinin inkişafı və onların sosiallaşması üçün də maraqlı məşğələlər keçirir. Təqvimdə olan əlamətdar günlərə uyğun da maraqlı proqramlar və layihələr təşkil olunur.