
Pen and ball əyləncə mərkəzi 13 dekabr 2019-cu ildən fəaliyyətə başlayıb. Burda balaca dostlarımızın əylənməsi üçün demək olar ki, hər cür şərait yaradılıb.
Uşaqların hər yaş dövrünü əhatə edən maraqlı oyun əraziləri, oyun aparatları ilə yanaşı yaradıldığı ilk aylardan etibarən yüksək səviyyədə layihələr təşkil olunur.
İstedad yarışmaları, masterklaslar, festivallar, teatr tamaşaları, şou proqramlar. Bütün bunlar tanınmış aktyorlar, aparıcılar, animatorlar bir sözlə peşəkar mütəxəssislər tərəfindən həyata keçirilir.
Əyləncə mərkəzi olaraq əsas məqsədimiz uşaqların burda keçirdikləri vaxtı əyləncəli və keyfiyyətli təşkil etməkdir. Əyləncə mərkəzində kafe də fəaliyyət göstərir. Yeni istifadəyə verilmiş qum oyun sahəsi də uşaqların sevimli yeridir.
Ən əsas məqamlardan biri də odur ki, əyləncə mərkəzinə gələn uşaqların və valideynlərin təhlükəsizliyinə böyük diqqət ayrılır.
Hər gün əməkdaşlarla söhbət aparlır onlara təlimatlar verilir.
Burda hər bir işçi öz işini yüksək səviyyədə yerinə yetirir. Pen and ball əyləncə mərkəzində uşaqlar həm əylənir həm də öyrənirlər.